“Qarabağ”la matça ölkəmizdə çox da maraq yoxdur. Yanımızda o qədər də azarkeş olmayacaq. Əlavə təhlükəsizlik olacaq. Buna görə hər şeyin yaxşı keçəcəyini düşünürük".
“Yeni Sabah” xəbər verir ki, bu sözləri SPORM FM-ə açıqlamasında APOEL-in (Kipr) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının 3-cü tur matçından öncə deyib.
O, APOEL-lə matçın Ağdam klubu üçün necə əhəmiyyət kəsb etməsindən də danışıb: Sezar pizza
“Bu matçın “Qarabağ” üçün əhəmiyyəti çoxşaxəlidir. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bizimlə matçın Azərbaycanda necə əks-səda doğurduğunun şahidi olduq. Bu siyasi ölçüyə malik oyun idi. Lakin biz bu cür hadisələrə qarışmaq istəmirik. “Qarabağ”la yaxşı münasibətlərimiz var. Biz oraya öz işimizi görməyə gedirik, bunu da edəcəyik”.
O, UEFA tərəfindən oyunun riskli qarşılaşmalar siyahısına daxil edilməsi iddialarına cavab olaraq deyib:
"Bu barədə hər hansı bir məlumatım yoxdur. "Qarabağ"la ev oyunumuzda təhlükəsizlik xidməti əməkdaşı olacaq. Bu barədə bizə məlumat verilib".
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.
Telegram kanalımız