“Qarabağ”la “Qalatasaray”ın yoldaşlıq matçı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”la “Qalatasaray”ın yoldaşlıq matçı keçiriləcək

İdman

23 Yanvar 2025 11:03 238


“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında daha bir yoldaşlıq matçı keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bunu İstanbul klubunun İdarə Heyətinin üzvü Emin İmanov deyib.

Matçın ən yaxın zamanda keçiriləcəyini deyən klub rəsmisi dəqiq tarixin hələ ki, müəyyənləşmədiyini bildirib: pizza hut

“Qarabağ”la əməkdaşlığımız yüksək səviyyədə davam edir. Bu il daha bir yoldaşlıq oyunu keçirmək istəyirik. Oyun İstanbulda olacaq. Hər iki komanda Avropa Liqasında çıxış edir. Ona görə də oyun qrafikləri sıxdır. Amma inşallah bir oyun təşkil olunacaq. 

Vaxtı demək bir az çətindir. Çünki dediyim kimi, komandaların oyun sayı çoxdur. Klub rəhbərliyi arasında danışıqlar gedir. Yəqin ki, ən qısa vaxtda matç keçirilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!