Qarajını təmizləyərkən xəzinə tapdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qarajını təmizləyərkən xəzinə tapdı - Fotolar

Dünya

30 Yanvar 2020 17:46 1696


Böyük Britaniyanın 66 yaşlı sakini - təqaüdçü Alfred Korreya qarajında təmizlik işləri apararkən dəyəri iki-üç milyon funt sterlinq (4456800-6685200 AZN) olduğu bildirilən tapıntı əldə edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, A.Korreya şkafdan miniatür nefrit bəzəyi tapıb. Sezar pizza

Onun sözlərinə görə, atası qiymətli daşların satışı ilə məşğul olub və 1960-cı ildə Hindistandan Böyük Britaniyaya köçüb. 2002-ci ildə o, vəfat edib, qiymətli amulet isə şkafın bir küncündə qalıb.

Təqaüdçünün sözlərinə görə, amuletin bu qədər dəyərli ola biləcəyini düşünməyib.

“Atam qiymətli hesab etdiyi hər şeyi alırdı, bircə bunu dəyərsiz hesab edirdi. Belə görünür ki, o, bir balaca yanılıb”, - deyə Korreya bildirib.

Ekspertlər hesab edirlər ki, bəzək əşyasının 4000-5000 yaşı var.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!