“Qardaşımla atam məni öldürmək istəyirdilər” – Kərimi hansı həmkarı xilas edib?

saytların hazırlanması

Evə çatdırılma

“Qardaşımla atam məni öldürmək istəyirdilər” – Kərimi hansı həmkarı xilas edib?

Şou

14 Oktyabr 2019 13:24 1644


Müğənni Kərim Abbasov Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Səmimi” verlişinin qonağı olub.  

“Yeni Sabah” xəbər verir ki, ifaçı prodüser Təranə Səmədova ilə evliliyindən, keçmiş  həyat yoldaşının onun başına açdığı oyunlardan danışıb:

“O qızın mənə vurduğu zərbələri heç Allah da, fələk də vurmayıb. Onu bağışlaya bilmirəm. Əlimə şans düşsə, Təranəni bir qaşıq suda boğaram. Baxmayaraq ki, bütün yaşananların üstündən 12 il keçib. Mənə çox haqsızlıqlar edib. Amma heç vaxt Təranənin mənə qarşı etdiklərini danışmamışam, danışmaram da, çünki onun da bir qız övladı var. Susmuşam, amma o, hər zaman məni efirlərdə təhqir edib”. pizza sifarişi

Kərim Təranənin ucbatından atasının və qardaşının onu öldürmək istədiklərini deyib:

 “Təranənin ucbatından qardaşımla rəhmətlik atam məni öldürmək istəyiblər. Onları qınamıram. Çünki çox pis vəziyyətdə idilər. 12 il bundan öncə Təranənin ağzından çıxan bir sözə görə hörmətli bir kişi və bir qardaş utandıqlarından evdən çölə çıxa bilmirdilər. Pilləkəndə evimə çıxanda eşitdim ki, qardaşımla atam üz-üzə oturub mənim ölümümün planını cızırlar. Bunu mən öz qulaqlarımla eşitmişdim. Elə bir vəziyyətdə idim ki, öz canıma qəsd etmək istəyirdim. Mən onun ucbatından 2 ay dəlilərlə birlikdə yaşadım. Məni ölümdən qaytaran Səidə Sultan olub. Dərmanlar içmişdim, Səidə Sultan məni xilas edib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!