Qardaşının arvadını yandırdı, 17 il cəza aldı   - Hökmdən narazıdır

saytların hazırlanması

Evə çatdırılma

Qardaşının arvadını yandırdı, 17 il cəza aldı - Hökmdən narazıdır

Kriminal

03 Aprel 2020 12:00 909


Qardaşının arvadının üstünə benzin töküb yandıran şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və əmlakı qəsdən məhv etməyə cəhd maddələri ilə məhkum olunan Əsgərov İlkin Nizami oğlunun məhkəmə prosesinin baxış iclası hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Əsgərova Xatirə Nayib qızı və Əsgərov Nizami Şəmşid oğlu tanınıb. 

Xatırladaq ki, 2018-ci ilin dekabr ayında Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətl törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü İlkin Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.  Pepperoni pizza

Qeyd edək ki, hadisə 2018-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanın üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib. Amma İlkin Əsgərov məhkəmədə deyib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb. 

Azər İsrafilov

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!