Qarındakı piylərdən necə qurtulmaq olar?   - Dietoloq məsləhəti

saytların hazırlanması

Evə çatdırılma

Qarındakı piylərdən necə qurtulmaq olar? - Dietoloq məsləhəti

Sağlamlıq

28 Mart 2021 23:59 1328


Arıqlamaq və fit bədən quruluşuna sahib olmaq üçün idmanla yanaşı, qəbul etdiyimiz qidalara da fikir verməliyik. Məşq dövründə yüksək kalorili qidaların qəbulu bədəndəki yağların artmasına səbəb olur və nəticədə idmanla məşqul olmaq fayda vermir.

Dietoloqlar qarın piylərini əritmək və fit bədən quruluşuna sahib olmaq üçün bir çox qiadaların qəbulunu tövsiyyə edir.

Yenisabah.az axsam.az-a istinadən, həmin qidaları təqdim edir: Sezar pizza

1.Şirin kartof

Şirin kartof qanda şəkərin səviyyəsini balanslaşdırır və insulinin müqavimətini qırmağa kömək edən antioksidan ehtiva edir. Bəs qarın əzələləriniz üçün bu nə deməkdir? Şirin kartofun bu xüsusiyyəti, qəbul etdiyiniz kalorilərin qarın yağına çevrilməsinin qarşısını alır.

2.Avokado

Avokadoda yağ olsa da, bunlar orqanizim üçün çox faydalı yağlardır. Avokado qarın yağının əmələ gəlməsinin qarşısını alan doymamış yağlardan ibarətdir. Araşdırmalara görə, yeməklərdə yeyilən yarım avokadonun, qida qəbulundan sonra aclıq hissini azaltdığı aşkar edilib. Digər bir araşdırmada isə, avokado yeyənlərin asanlıqla kilo almadıqlarını göstərilib.

3.Darçın

Darçın, yeməklərə fərqli ləzzət verir eyni zamanda zəiflətmə təsirinə malikdir. Bir çox araşdırmalar, darçının şəkərin bədəndə yağ kimi saxlanılmasının qarşısını alaraq insulini tarazlaşdırdığını göstərib.

4.Albalı

Hərkəsin sevdiyi albalı qarın yağlarının düşmənidir. “Journal of Medicinal Foods”da yayımlanan bir məqalədə, albalı qarın yağının azaldılmasında mühüm rola malik olduğu bildilib. Bu antioksidanla zəngin meyvəni istehlak etməklə formada qalmaq mümkündür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!