İranın Kerman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaranmış izdihamda ölənlərin sayı artıb.
"Yeni Sabah" xəbər verir ki, APA-nın Tehran bürosunun Kerman Tibb Universitetinin Ekspertiza Mərkəzinə istinadla verdiyi məlumata görə, ölənlərin sayı 65 nəfərə çatıb.
Yaralılar isə 200 nəfərdən çoxdur. Dördpendirli pizza
***
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı məlum olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İran dövlət televiziyasının saytı məlumat yayıb. Bildirilib ki, Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.
***
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər var.
“Yeni Sabah” xəbər verir ki, bunu İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.
Ölənlərin dəqiq sayı barədə açıqlama verilməyib.
P.Kulivənd hadisə nəticəsində yaralananların da olduğunu bildirib.(APA)
Telegram kanalımız