Qax sakini evini yandırdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qax sakini evini yandırdı - Fotolar

Hadisə

31 Avqust 2020 23:34 996


Qax rayonunda yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Uzuntala kəndində qeydə alınıb.

Həmin kəndin sakini Kərimov Cuma Aydın oğlu ailəsi ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən uzaqlaşıb. Pepperoni pizza

Yanğın yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə hissəsinin bir yanğınsöndürən maşın və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 60 kv/m-lik, iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmiş ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisəni törədən ev sahibi C.Kərimov evi yandırdıqdan sonra ərazidən qaçıb.

Faktla bağlı araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!