Qazaxda skuterdən yıxılan gənc öldü

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda skuterdən yıxılan gənc öldü

Hadisə

11 May 2025 17:01 410


Qazaxda yeniyetmənin faciəvi şəkildə ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Yenisabah.az Bakupost.az-a istinadla xəbər verir ki, mayın 9-u saat 22:20 radələrində 2009-cu il təvəllüdlü yeniyetmə (kişi cinsli) skuter sürərkən ağır xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə o, təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm faktı saat 23:40-da qeydə alınıb. Marqarita pizza

Hadisənin hansı şəraitdə baş verdiyi, skuter qəzasının səbəbləri və digər detallar araşdırılır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!