Qazaxda yük maşını qatarla toqquşdu: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda yük maşını qatarla toqquşdu: Xəsarət alanlar var

Hadisə

22 May 2025 18:59 387


Qazaxda yük maşını qatarla toqquşub.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük maşını qatara çırpılıb. Sezar pizza

Nəticədə, "Ford"un sürücüsü, 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Həmçinin xəsarət alan daha 2 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir.

Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!