Prezident İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər yeri gəldi-gəlmədi yalnız zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər üçün sanki qanun, beynəlxalq hüquq mövcud deyil. Belə olan halda təbii ki, beynəlxalq hüququn normaları əsasında ədaləti bərpa etməyə çalışan ölkələr haqlı olaraq bunu özləri təmin etməlidirlər. Azərbaycan dövləti və onun nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən qətiyyətli lideri İlham Əliyev məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləyib və ədaləti öz gücümüz hesabına bərpa etməyə nail olub.
Artıq geridə qalmış 30 illik işğal dövrünə bu günümüzün reallıqları fonunda bir daha nəzər salaraq belə bir həqiqəti təsdiqləmiş oluruq ki, keçmiş Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi onun həlli prosesinin uzanmasına səbəb oldu. Tərəflərin özünə qalsaydı münaqişə çoxdan həllini tapmışdı. Necə ki, bu gün Qazaxın 4 kəndi heç bir vasitəçi olmadan Azərbaycana qaytarıldı.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. pizza
YAP Xətai rayon təşkilatının sədri ötən il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını, sentyabrın 19-da Silahlı Qüvvələrimizin birgünlük lokal antiterror tədbirlərini həyata keçirməsini tarixi Zəfərimizdən sonra görülən işlərin, qələbələrimizin davamı, bir sözlə, Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikrinin təsdiqi oldu. Bu tarixi zəfərlərimizdən sonra da Azərbaycan hər bir məsələnin həllinə ilahi ədalətə və beynəlxalq hüquqa söykənərək sülh yolu ilə nail olmağa çalışsa da Ermənistanın havadarlarının göstərişləri əsasında hərəkət etməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır. Yuxarıda qeyd etdiyimiz mühüm məqamlar da bunun bariz nümunəsidir. Bütün bunları aydın şəkildə görmək üçün Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlərinə qədər gedilən yola nəzər salmaq kifayətdir. Ermənistan törətdiyi təxribatlarla belə bir addımın atılmasını zərurətə çevirdi. Lokal antiterror tədbirləri nəticəsində separatçılar ərazilərimizdən tamamilə çıxarıldı və suverenliyimiz tam bərpa edildi, ölkəmizin həyatında yeni dövr başladı.
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın bu il aprelin 19-da keçirilən səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının Azərbaycana geri qaytarılması barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı. Bu, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin növbəti qələbəsidir.
Telegram kanalımız