Xəbər verdiyimiz kimi, “Qəbələ” öz doğma meydanında “Dinamo” klubuna 0:2 hesablı nəticə ilə məğlub oldu. Məlum dəyişikliklərdən sonra hamı “Qəbələ”nin hazırki heyəti ilə məğlub olacağını onsuz da bilirdi.
Amma və lakin. Tbilisi “Dinamo”su rəqib olaraq “qırmızı-qaralar”ın tilovuna düşəndə bütün futbol camiəsində belə bir inam yaranmışdı ki, qalibiyyət qazanıb uğurlu nəticə əldə edə bilərik.
Ancaq doğma meydanda qazanılan uğursuz nəticə göstərdi ki, klub nəinki Avro liqada, hətta çempionatda da mübarizə aparacaq gücünü itirib. Yenidən qurulmuş və legioner sayı azadılmış bir komanda qarşımızdadır. Həvəs qırmaq istəməzdim, fəqət bu oyunla səfərdə qalib gəlib məhələ adlamaq yəqin, sensasiya olar. Marqarita pizza
Çünki nə “Dinamo” “Qəbələ”nin illər əvvəl qalib gəldiyi “zəif” deyil, nə də “”Qəbələ” onu udacaq həmin gücdə qalmayıb. Daha öncə də qeyd etdiyimiz kimi, kluba ayrılan büdcə azaldılıb və legioner sayı aşağı düşüb. Bu halda əyalət təmsilçisinin əvvəlki gücdə qalması bir az türklər demiş, şov olardı.
Uzun sözün qısası, “Qəbələ”ni növbəti illərdə can üstə, hətta əsas liqadan uzaq düşmüş görsək, qətiyyən, təəccüblənməyək. Çünki bizim futbol digər ölkələrin futbolu ilə müqayisədə fərqlidir. Məsələn, Hollandiyada öz yetirmələrini yetişdirən klub Çempionlar Liqasının yarımfinalına qədər gedə bilir. Amma bizdə bu belə deyil. Bizdə öz yetirmələrinə şans verən klub adətən, dağılır. Lətifəsi “Qəbələ”dən uzaq. Amma uzağa da bənzəmir. Nə deyək? Bizə səfər oyununu gözləmək qalır.
Ümid edək ki, “qırmızı-qaralar” səfərdə qələbə qazanaraq, çempionatda növbəti mövsüm də layiqli yer tutaraq bu fikir və düşüncələrimizə görə, bizi utandıracaqlar.
Gözləyək.
Naibə Məmmədova
Telegram kanalımız