Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən "Qəbələ" bu gü növbəti yoxlama oyununa çıxacaq.
Yenisabah.az xəbər verir ki, “qırmızı-qaralar” Rumıniyanın 2-ci liqa təmsilçisi “Çiksereda” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
"Qəbələ" Boludakı ilk matçda “Qaziantep”lə qarşılaşaraq 1:2 hesabı ilə uduzub. Marqarita pizza
Azərbaycan klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə "Fehervar"la ilk matçına çıxacaq. Komandalar arasında cavab görüşü iyulun 28-i Bakıda olacaq.
Telegram kanalımız