Zirədə sülh, “Qarabağ“ “Sabah“ı məğlub etdi   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Zirədə sülh, “Qarabağ“ “Sabah“ı məğlub etdi - Yenilənib

İdman

06 Oktyabr 2019 20:25 860


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub. 

"Yeni Sabah" xəbər verir ki, sonuncu oyun günündə də iki görüşdən biri artıq başa çatıb. "Zirə" doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Hesabı qonaqlar 64-cü dəqiqədə açsa da, meydan sahiblərinə tarazlığı bərpa etmək üçün 3 dəqiqə kifayət edib. Bundan sonra başqa qol vurulmayıb.

Son çempion “Qarabağ” isə evdə "Sabah"ı qəbul edib. Ağdamlılar 2 cavabsız qolla qalib gəlib.  pizza hut

Qeyd edək ki, ötən gün turun digər oyunlarında “Neftçi” doğma meydanda “Səbail”ə 2:1 hesabıyla qalib gəlib, “Sumqayıt” - “Keşlə” matçı heç-heçə ilə başa çatıb – 0:0.

Azərbaycan Premyer Liqası

7-ci tur

6 oktyabr

“Zirə” – “Qəbələ” - 1:1

Qollar: Ü. İsgəndərov, 64 - İ. Muradov, 67

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov

“Qarabağ” – “Sabah” - 2:0 

Qol: M. Qeye, 16, A. Hüseynov, 51

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov.

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!