Bu gün Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib. 9 ildən sonra Premyer Liqaya qayıdan “Turan Tovuz” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Matç qonaqların qələbəsilə başa çatıb - 2:0.
8 avqust (bazar ertəsi) Pepperoni pizza
17:00. “Turan Tovuz” – “Qəbələ” - 0:2
Qol: İsnik Alimi, 58 (pen), Rafael Utziq, 63
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 31-birbaşa qırmızı vərəqə ("Turan Tovuz")
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
Tovuz şəhər stadionu
Turun digər matçlarının nəticələri isə belə olub:
“Sabah” – “Sumqayıt” - 3:0
“Şamaxı” – “Neftçi” - 0:1
“Qarabağ” – “Səbail” - 3:1
“Kəpəz” – “Zirə” - 1:2
Telegram kanalımız