“Qəbələ” seneqallı futbolçu ilə müqavilə bağladı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” seneqallı futbolçu ilə müqavilə bağladı - Foto

İdman

31 Oktyabr 2019 09:38 939


Azərbaycan Premyer Liqasının 10-cu turunun hazırlığını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. 

“Yeni Sabah” xəbər verir ki, “qırmızı-qaralar” seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb.

Klubun rəsmi saytından bildirilib ki, 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. pizza mizza

Qeyd edək ki, İ. Niasse 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legioner bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-14) şərəfini qoruyub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rumıniyada “Konkordiya” (2014-16), İslandiyada “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının formasını geyinib.

Xatırladaq ki, İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubokda 6 matçda iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!