Bu ilin ikinci yarısında Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanması planlaşdırılır.
Bu barədə "Yeni Sabah"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
70 çarpayılıq nəzərdə tutulan reabilitasiya müəssisəsində həmin bölgədə yaşayan sağlamlıq imkanları məhdud uşaqlara stasionar və ambulator şəkildə bərpa xidmətləri göstəriləcək. Müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb ediləcəklər. Dominos pizza
Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.
Telegram kanalımız