"Zirə" bu gün daha bir futbolçu ilə anlaşıb.
"Yeni Sabah" xəbər verir ki, Bakı klubu Davit Volkov ilə müqavilə bağlayıb. 24 yaşlı gürcüstanlı hücumçu ilə müqavilənin müddəti 1 il yarımdır.
Qeyd edək ki, Volkov daha əvvəl ölkəsinin "Qaqra", "Dinamo"(Tbilisi), "Çixura", "Sioni", "Saburtalo", Serbiyanın "Zemun" klubunda çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub. Pepperoni pizza
Telegram kanalımız