“Qəbələ”dən imtina edən Heydərovlar “Neftçi” ilə anlaşır -   Sabah müqavilə imzalanacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ”dən imtina edən Heydərovlar “Neftçi” ilə anlaşır - Sabah müqavilə imzalanacaq

İdman

09 Dekabr 2019 15:57 1001


Bakının "Neftçi" klubu daha bir yeni sponsorla müqavilə imzalayır.

"Yeni Sabah" xəbər verir ki, klub sabah - dekabrın 10-da saat 12:00-da “Bakcell Arena” stadionunun mətbuat konfransı zalında yeni sponsorla əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirəcəyini rəsmən açıqlayıb. Əldə etdiyimiz məlumata görə, klub "Unibank"la müqavilə imzalayacaq.

Baxmayaraq ki, "Unibank" ehtimalı daha çoxdur, lakin gözləntilər içində "Gilan Holdinq"in də adı çəkilir. Belə ki, yanvarda "Qəbələ"yə sponsorluğu dayandıracağı ilə bağlı məlumat yayan sözügedən şirkət "Neftçi" ilə müqavilə imzalaya bilər. Pepperoni pizza

Qeyd edək ki, “Qəbələ” klubunun prezidenti Tale Heydərov istefa verdikdən sonra atası Kəmaləddin Heydərova məxsus “Gilan Holding” də sponsorluqdan imtina etmişdi.

Belə ki, qərara əsasən “Gilan Holding” 2020-ci ilin yanvarın 1-də "Qəbələ" klubuna  maddi sponsorluğunu dayandıracaq.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!