Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına start verilib.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə 2 matç oynanılacaq. Günün ilk oyununda "Keşlə" “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər qarşılaşmasında "Zirə” “Sabah”la üz-üzə gəlib. Qarşılıqlı qolların vurulduğu matçda qonaqlar son dəqiqələrdə bərabərlik qolunu vura biliblər. pizza
Qeyd edək ki, turun digər oyunları 27-28 oktyabr tarixlərində keçiriləcək.
26 oktyabr
Azərbaycan Premyer Liqası, 9-cu tur
16:00. “Keşlə” – “Qəbələ” - 2:1
Qollar: L.Frutos, 1, M.Kolli, 42 - D.Valkov, 58
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
“ASCO Arena”
18:00. “Sabah” – “Zirə” - 2:2
Qollar: A.Diallo, 28, 44 - Nicat Süleymanov, 23 , 88
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
“Bank Respublika Arena”
Telegram kanalımız