“Biləcəridə qəbrin üstündən gül oğurlandı", Badamdarda məzarın üzərində olan dibçəkləri oğurlayan şəxslər yaxlandı”.
Demək olar ki, hər gün bu cür xəbərlər eşidirik.
Maraqlısı odur ki, bəzi insanlar həmin şəxslərə haqq qazandırır. Çünki ölən şəxsin dibçəyə, gülə ehtiyacı olmadığını düşünürlər. pizza sifarişi
İslam dinində belə bir adət varmı, məzar üzərinə gül qoymaq vacibdir?
İlahiyyatçı Elşad Miri mövzu ilə Yenisabah.az-a açıqlama verib. O, İslam dinində belə bir adət olmadığını bildirib:
“İslam dinində qəbirin üzərinə nə isə aparıb qoymaq anlayışı yoxdur. Bunlar hamısı sonradan ortaya çıxmış məsələlərdir. Eyni zamanda burada paqanizmin rolu var. Yəni büdpərəstlik əlamətləri ilə bağlı məsələlərdir.
Əvvəllər Novruz bayramı ərəfəsində insanlar qəbir üstünə paxlava, şəkərbura da aparıb qoyurdular. Bunu nəyə görə edirdilər?
Kasıb-kusub oradan istədiyi qədər şirniyyat götürsün, qarınları doysun deyə. Lakin İslam dinində belə bir adət yoxdur.
İslam ölü dini deyil, diri dinidir. İnsan öldüsə, vəssəlam. Onun qəbrinə gül qoymaq, abidə ucaltmaqla nə isə edə bilməzsiniz. Bir insana nə edirsinizsə, sağlığında edin”.
Elşad Miri digər dini adətlərdən də danışıb:
“Bu gün induizm, buddizm kimi dinlərdə meyitlər yandırılır. Onların küllərinin üzərinə nə qoyurlar? Heç nə. Külləri aparıb səpirlər dənizə, bir hissəsini isə saxlayırlar.
Yəhudi dinində məzarın üzərinə daş qoyurlar. Bu adət isə yəhudilərlə bağlıdır və başqa bir mənası var. Yəni adətlər dinlə bağlı deyil.
Gülü qəbir üzərinə qoymaqdansa apar həmin ölən adamın uşaqlarına ver sevinsinlər, və ya gülün pulunu yardım olaraq ehtiyacı olanlara ver”.
Mehri Qurban
Telegram kanalımız