Qəhvə və yaşıl çayın inanılmaz faydası aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Qəhvə və yaşıl çayın inanılmaz faydası aşkarlandı

Sağlamlıq

28 Mart 2021 21:15 1019


Yaşıl çay və qəhvə erkən ölüm riskini azalda bilər. “Yeni Sabah” xəbər verir ki, bu, yapon alimlərin 46 min yetkin insan üzərində apardığı araşdırma nəticəsində məlum olub.

Bildirilib ki, mütəmadi qəhvə qəbulu, demək olar ki, bütün səbəblərdən erkən ölüm riskini azalda bilər. Yaşıl çay isə iflicdən sonra belə həyat xilas edə bilər.

Araşdırmaya əsasən, bir həftə ərzində bir fincan qəhvə qəbulu hər hansı xəstəlikdən erkən ölüm ehtimalını 14% azaldır. Ürək xəstəliyidən xilas olanlarda isə mütəmadi olaraq qəhvə istehlakı ölüm riskini 22% azaldır. Toyuqlu pizza

İnsultdan sağ çıxmış xəstələr üçün yaşıl çay içmək məsləhət görülür. Araşdırmalar bu çay növünün erkən ölümü 62% gecikdirdiyini göstərir. Ancaq maraqlısı budur ki, bu effekt insult keçirməmiş insanlara şamil edilmir.

Bu, müşahidəyə əsaslanan araşdırma olduğundan populyar içkilərin ömür sürətinə təsirinin səbəbləri aydın deyil. Müəlliflərə görə, Yaponiyada insanların çoxu qəhvə və yaşıl çayı şəkərsiz və ya süd olmadan içirlər ki, bu da faydalarını artıra bilər. (publika.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!