Qərbi Azərbaycanda bütün məktəblər bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Qərbi Azərbaycanda bütün məktəblər bağlandı

Rəsmi

10 Yanvar 2023 21:55 960


İranın Qərbi Azərbaycan əyalətinin bütün bölgələrində, eləcə də Xorasan əyalətində sərt hava şəraiti ilə əlaqədar olaraq məktəblər distant rejimə keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə əyalətlərin Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Bildirilir ki, soyuqların davam etməsi enerji istehlakına mənfi təsir edir. Enerjiyə qənaət etmək üçün bu vilayətin bütün məktəblərində dərslər onlayn olacaq. pizza hut

Yanvarın 9-dan başlayan tətillərin nə vaxt sona çatacağı barədə açıqlama verilməsə də, hava şəraiti ilə əlaqədar uzadıla biləcəyi qeyd olunub.

Xatırladaq ki, enerji qıtlığı ilə qarşılaşan İran soyuqlar başlayandan yüzlərlə dövlət idarəsi və ictimai iaşə obyektlərinə qaz verilişini də dayandırıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!