“Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı Qərbin bəyanatları diplomatik pərdədir, reallıqda Rusiya ilə rəqabətin aşkar təzahürləri var”.
Yenisabah.az “Sputnik Armenia”ya istinalda xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants deyib.
O bildirib: “Qərb fiqurları, həm Toivo Klaar, həm də Lyuis Bononun vasitəçi deyil, tərəfdaş olduqlarını bildirirlər. Halbuki əslində, vasitəçiliyin fiksasiyası həm də məsuliyyəti öz üzərinə götürməyi nəzərdə tutur”. pizza hut
Surenyantsın müşahidəsinə görə, belə olan halda aydın görünür ki, Brüssel və Vaşinqton bir tərəfdən geosiyasi rəqabətin iştirakçılarıdır, digər tərəfdən, isə vasitəçilik şəraitini bulanıqlaşdırmaqla mahiyyət etibarilə, məsuliyyəti öz üzərinə götürmək istəmirlər.
Politoloq xatırladıb ki, oktyabrın 6-da Praqada dördtərəfli bəyanat imzalananda, bundan sonra Rusiya xarici işlər naziri yeni bir bəyanatla çıxış edib və orada prosesin mahiyyətcə rus variantının imkanlarını ləğv edən istiqamətdən yayındığı qeydə alınıb.
“Həm məzmun, həm də format baxımından rəqabət aparan platformaların olduğu göz qabağındadır. Əgər rus variantında addımların mərhələli məntiqi, ilk növbədə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, daha sonra Qarabağ məsələsinin həlli nəzərdə tutulursa, Qərb versiyasının müəllifləri iddia edirlər ki, bütün məsələlər paketli, əhatəli variantda həll edilməlidir”.
Politoloqun fikrincə, Ermənistan üçün elə bir vəziyyət yaranıb ki, Ermənistanın maraqları Rusiyanın Qarabağa status tələbi ilə üst-üstə düşür.
Surenyantsa görə, Rusiya tərəfinin Qarabağda uzunmüddətli mövcudluğunu stimullaşdırmaq üçün bölgənin statusu məsələsinin dondurulmasına ehtiyac var:
“Qeyd olunan yanaşma o mənada faydalıdır ki, əgər “Artsax”ın statusu məsələsi Qərbin iddia etdiyi kimi, bu dəqiqə gündəmə gəlsə, o zaman ermənilərin istədiyi həll yolu olmayacaq”.
Avropalı xadimin Zəngəzur dəhlizi məsələsini gündəmə gətirməsindən danışan Surenyants xatırladıb ki, noyabrın 9-da verilən açıqlamada nəqliyyat kommunikasiyasının Rusiyanın güc strukturları tərəfindən idarə olunması şərti var:
“Qərb oyunçularının özləri isə bu rola can atırlar. Yəni onlar nəqliyyat rabitəsinə qarşı deyil, Rusiyanın ona nəzarət etməsinə qarşıdırlar”.
Telegram kanalımız