“Qətli şüurlu şəkildə, onu öldürmək üçün törətmişəm“ - Rəşad Dağlı

saytların hazırlanması

Evə çatdırılma

“Qətli şüurlu şəkildə, onu öldürmək üçün törətmişəm“ - Rəşad Dağlı

Kriminal

09 Noyabr 2022 13:31 3584


Xəbər verdiyimiz kimi, bu gün səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib. Meyxanaçı qətli törətdikdən sonra özü polisə təslim olub.

Yenisabah.az Sfera.az-a istinadən xəbər verir ki, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib.

Qaradağ Rayon Prokurorluğu yaydığı məlumatda 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilib. Pepperoni pizza

Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!