Qeyri-adekvatlığın Fəzail Ağamalı ÖRNƏYİ: Ona daha kim və necə “Get!” deməlidir?

saytların hazırlanması

Evə çatdırılma

Qeyri-adekvatlığın Fəzail Ağamalı ÖRNƏYİ: Ona daha kim və necə “Get!” deməlidir?

Siyasət

13 May 2022 18:22 227


Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəllərindən ortada olan, şəraitin “diqtə”si ilə siyasi düşərgə dəyişikliyində “çeviklik” göstərən, bunun sayəsində artıq 27 ildir, deputat kreslolarından birini zəbt etmiş Fəzail Ağamalı ötən əsrdə yaratdığı Ana Vətən Partiyasının (AVP) sədrliyini də inadla özündə saxlamaqdadır.

Milli-azadlıq hərəkatı başlayanda Xalq Cəbhəsinə (AXC) qoşulan, təşkilatın Məclisinin katibi olan Ağamalı 1992-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən yüksək vəzifəyə - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini postuna təyinat aldı.

Ancaq cəmi bir ildən sonra baş verən məlum 4 iyun Gəncə hadisələrinin yaratdığı dalğada hakimiyyət komandasını dəyişməkdə heç bir çətinlik çəkmədi və nəticədə nazir müavini vəzifəsini yerinə yetirən şəxsdən nazirin səlahiyyətlərini icra edən fiqura çevrildi. Lakin nazir əvəzi postunda ona göstərilmiş etimadı boşa çıxararaq, vəzifənin yaratdığı üstünlüyü öz maraqlarının təmin olunmasına sərf etdi. Toyuqlu pizza

Ağamalının məmur bioqrafiyasının ən qara səhifəsi isə onun şəhid ailələri və Qarabağ qaziləri üçün dövlətin ayırdığı vəsaitləri, müxtəlif yardımları mənimsəməsi oldu. Əndazəsini aşan tamahkarlığı Ağamalının nazir əvəzi postundan qovulması oldu. Hətta dolaşan söhbətlərə görə, dönəmin baş naziri Surət Hüseynov şəhid ailələri ilə qazilərə ayrılan yardımlara əl uzadan Ağamalını möhkəm əzişdirib.

Bəlkə də gözləmək olardı ki, Ağamalı siyasətdən çəkilərək göz önündə olmaqdan yayınacaq. Amma cəmiyyət bunun əksinin şahidi oldu. O, siyasi oriyentirini dəyişərək 1995-ci ildə deputat mandatı əldə etdi və növbəti seçkilərdə də bu statusu əldən vermədi.

Yeri gəlmişkən, adamın 27 illik deputatlıq fəaliyyətində yadda qalan tək bir epizod 2006-cı ildə “Quska” kimi tanınan Hüseyn Abdullayevi provokasiyaya çəkərək onun mandatdan məhrum edilməsində “baş rolu” oynamasıdır. Yox, yenə var. Ağamalı 2000-ci illərin əvvəllərində getdiyi gecə klubunda oriental rəqqasənin yaxasına dollar əsginası qoymaqla da diqqət mərkəzinə düşmüşdü. Vəziyyətdən çıxmaq üçünsə “kişilik faktoru”na əl atmışdı.

Prezidentin tövsiyəsi ilə Milli Məclis 2019-cu ildə “qeyri-adekvatlıq” səbəbindən özünü buraxanda, köhnə tərkibdə yer alan əksər deputatların, o cümlədən, Ağamalının nəhayət, deputat kürsüsünü boşaldacağını düşünənlər bu ehtimallarında yanıldılar. Belə ki, kürsüsünü qoruyan 75 yaşlı Ağamalı hələ də Milli Məclisdədir.

Dövlət həyatı üçün əhəmiyyətli mövzulardan danışmaq lazım gələndə, onu tapmaq mümkün olmur. Tərif söyləmək lazım gələndə isə, hər zaman sıranın önündə yer alır. Cəmiyyət bu fiqurdan çoxdandır ki, bezib. Özü də bunun fərqindədir.
Amma nə olsun ki...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!