Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Dünya

18 Yanvar 2026 22:06 459


Fələstinin Qəzza zolağının idarəetməsi üzrə Milli Məşvərət Komitəsinin ilk iclası Qahirədə keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Misirin "Əl-Qahira əl-İxbariya" televiziya kanalı məlumat yayıb.

İclasda ilk bəyannamə qəbul edilib və tam tərkib açıqlanıb. Belə ki, yeni inzibati orqan 12 üzvdən ibarət olacaq. Komitəyə Qəzzada iqtisadiyyat, sənaye, ticarət, təhsil, telekommunikasiya, kənd təsərrüfatı, səhiyyə və təhlükəsizlikdən məsul olacaq fələstinli texnokratlar daxil olub. pizza sifarişi

Müvəqqəti administrasiyada digərləri ilə yanaşı, HƏMAS hərəkatının tanınmış müxaliflərindən biri Sami Nasman (anklavda daxili təhlükəsizliyə nəzarət edəcək), Fələstin Milli Hakimiyyətinin (FMH) Ali Məhkəməsinin keçmiş sədri Adnan Əbu Vərda (Qəzzada ədliyyə sektoruna nəzarət edəcək) və FMH-nin keçmiş biznes və iqtisadi hüquqlar naziri Usamə əl-Sədavi (zolaqda mənzil tikintisinə cavabdeh olacaq) vəzifələr tutublar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!