Bu tarixdən qış fəsli başlayır

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdən qış fəsli başlayır

Sosial

15 Dekabr 2025 13:22 626


Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Yeni Sabah”a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. pizza

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!