Qiymətlər artdı: Bir ailənin dolanması üçün ayda nə qədər pul lazımdır?

saytların hazırlanması

Evə çatdırılma

Qiymətlər artdı: Bir ailənin dolanması üçün ayda nə qədər pul lazımdır?

Sosial

19 Dekabr 2022 13:56 16123


Dövlət Statistika Komitəsinin məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat olub. 

Lakin rayonlarda bu məbləğ bir qədər aşağıdır.

Bəs görəsən, qiymətlərin günbəgün artdığı bir vaxtda azərbaycanlı bir ailənin normal dolanması üçün nə qədər maaşa ehtiyacı var? Marqarita pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Akif Nəsirli indiki şəraitdə Bakıda 4 nəfərlik bir ailənin dolana bilməsi üçün aylıq 1500-2000 manat gəlirə ehtiyacı olduğunu bildirib:

“Orta statistik Azərbaycan ailəsinin sayı 4 nəfərdən ibarətdir. İndiki şərtlərdə bu 4 nəfərin yaşaması üçün ən azı 1500-2000 manat vəsait lazımdır. Ailədə hər iki nəfər işləyirsə, hərəsi 1000 manat gəlir əldə etsə, indiki şərtlərlə ailə normaya yaxın dolana bilər. Onlar bu pulla normal qidalanma, geyim və s. məsələlərini həll edərək ayı başa vura bilərlər. Azərbaycan vətəndaşı aylıq 2000 manata orta səviyyəli yaşaya bilər”. 

İqtisadçının sözlərinə görə, rayon və kəndlərdə vəziyyət Bakıdan fərqli olduğu üçün onlar daha az maaşla ayı başa vura bilirlər:

“Rayonlarda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, rayon mərkəzlərində əmək haqqı daha aşağı məbləğdir. Çünki rayonlarda kənd təsərrüfatı məhsulları adətən ucuz olur. Ona görə də xərclər bir qədər azalır. Kəndlərdə isə rayon mərkəzlərinə nisbətən xərclər bir qədər də azalır. Məsələn, mənim anadan olduğum kənddə orta əhali qənd, çay və bu cür məhsullardan başqa ərzaqların hamısını özləri istehsal edir. Yağı, pendiri, südü, hətta unu özləri hazırlayırlar. Onlar hətta balığı da kanallardan, arxlardan tuturlar. Kənd təsərrüfatı məhsullarının bol olduğu kəndlərdə bir ailə 400-500 manatla ayı yola verə bilir. Amma rayon mərkəzlərində və Bakı şəhərində bu mümkün deyil. Rayonlarda hər adam kənd təsərrüfatı ilə məşğul ola bilmir. Biri var kiməsə işləyəsən, biri də var sən özün iş qurasan. Rayon mərkəzlərində əksəriyyət kiməsə işləməyə üstünlük verir, belə adamlar üçün dolanmaq bir az çətin olur. Ona görə rayon mərkəzlərində yaşayanlar da ən azı 1000-1500 manat əmək haqqı almalıdır ki, normal dolana bilsin”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Orta statistik göstərici düzgün deyil. 300man maaş alanla 3min, 5min maaş alanların maaşlarını toplayıb bölmək yox, HƏR sahənin ortaq əmək haqqını çıxarmaq lazımdır. Orta pensiya da peşələr üzrə çıxarılmalıdır.
    3 years ago