Qız uşaqlarını erkən nikaha məcbur edən amillər - Video

saytların hazırlanması

Evə çatdırılma

Qız uşaqlarını erkən nikaha məcbur edən amillər - Video

Sosial

08 Mart 2024 22:44 770


Bu gün Azərbaycan qadınının iki ən aktual problemi var. Ailədaxili zorakılıq və qız uşaqlarının erkən nikaha cəlb edilməsi.

Mütəxəssislər hesab edirlər ki, ailədaxili zorakılıq, məhdudiyyətlərin qoyulması, sərbəstliyin olmaması erkən nikaha şərait yaradır. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalırlar.

Bəs görəsən, sərbəstlik yoxdursa, azyaşlılar bu cür addım atmağa necə cəsarət edə bilirlər? pizza mizza

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, əksər hallarda ailədə zorakılığa məruz qalan şəxslər bu cür qaçmaqla həyatlarının daha uğurlu olacağını düşünürlər:

“Bir az da müəyyən təsirlər var. Romantik hisslər, ailədəkilərin hərəkətini cəzalandırmaq kimi. Belə qızlar daha çox istifadə olunurlar. İl ərzində bizə 600-700 müraciət olur. Bunlar daha çox zorakılığa məruz qalmış şəxslərdir”.

Qeyd edək ki, 2023-cü ildə erkən nikahların statistikası hələlik açıqlanmasa da, ümumilikdə ölkə ərazisində 54 200 nəfər nikaha daxil olub, 21 688 boşanma halı qeydə alınıb.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!