Qızıl bazarında gözlənilməyən dəyişiklik –   Günə bu qiymətlə başladı

saytların hazırlanması

Evə çatdırılma

Qızıl bazarında gözlənilməyən dəyişiklik – Günə bu qiymətlə başladı

İqtisadiyyat

27 Fevral 2025 14:00 316


Bu il səkkiz dəfə rekord qıran qızılın qiyməti bu gün enişlə başlayıb. Qiymət dəyişikliyinin əsas səbəbi dolların güclənməsi və ABŞ istiqrazlarına artan tələblə bağlıdır.

Yenisabah.az xəbər verir ki, dünya bazarlarında dolların möhkəmlənməsi qızıla olan tələbi azaldıb. Güclü dollar, qızılın digər valyutalarla alanlar üçün daha bahalı olmasına səbəb olur ki, bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxarır.

Digər tərəfdən, investorların ABŞ istiqrazlarına marağının artması da qızılın ucuzlaşmasına təsir edən amillərdən biridir. Daha sabit gəlirli aktivlərə yönələn investorlar, qızıl kimi risksiz sığınacaq aktivlərinə marağını müvəqqəti azaldıb. Toyuqlu pizza

Bazar iştirakçıları isə diqqətlərini sabah açıqlanacaq ABŞ-ın şəxsi istehlak xərcləri ilə bağlı statistikaya yönəldiblər. Bu göstərici ölkədə inflyasiyanın səviyyəsini müəyyənləşdirmək baxımından vacib hesab olunur. Əgər inflyasiya gözləniləndən yüksək olarsa, ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya biləcəyi ehtimalı artacaq. Bu isə dolları daha da gücləndirə və qızılın qiymətinə əlavə təzyiq göstərə bilər.

Əksinə, inflyasiya gözləntilərdən aşağı olarsa, FED-in faiz endirimi ehtimalları artacaq ki, bu da qızıl qiymətləri üçün dəstək verici faktor ola bilər.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!