“Qızıl pillə” adlı Milli Kinofestival təsis olunub

saytların hazırlanması

Evə çatdırılma

“Qızıl pillə” adlı Milli Kinofestival təsis olunub

Sosial

21 May 2019 10:16 1163


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni Milli Kinofestival təsis edib.

İttifaqın mətbuat xidmətindən "”Yeni Sabah"a verilən məlumata görə, “Qızıl Pillə” adlanan Milli Kinofestivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.

Qeyd olunub ki, iki ildən bir, noyabr ayında, Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək. pizza hut

Müsabiqənin şərtləri haqda ətraflı məlumatı İttifaqın saytından (Arki.az) əldə edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!