“Qızılqum” çimərliyində batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

“Qızılqum” çimərliyində batma təhlükəsi ilə üzləşən ata və iki oğlu xilas olundu - Video

Hadisə

21 Avqust 2023 20:20 1302


Bakıda batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda “Qızılqum” çimərliyinin ərazisində 3 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub. pizza hut

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1975-ci il təvəllüdlü Camalov Avtandil Yusif oğlu, 2004-cü il təvəllüdlü Camalov Tural Avtandil oğlu və 2006-cı il təvəllüdlü Camalov Vüsal Avtandil oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!