Qlobal müdafiə xərcləri 2025-ci ildə 2,887 trilyon dollara yüksəlib.
"Yeni Sabah" xəbər verir ki, bu, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatında əksini tapıb.
2025-ci il ardıcıl 11-ci artım ili olub. Qlobal hərbi xərclərin ümumi daxili məhsulda (ÜDM) payı 2,5%-ə çatıb - 2009-cu ildən bəri ən yüksək səviyyə.
Hərbi xərclərdə ən çox xərcləyən üç ölkə ABŞ, Çin və Rusiya olub və onlar birlikdə 1,480 trilyon dollar və ya qlobal xərclərin yarısından çoxunu xərcləyiblər.
ABŞ-nin 2025-ci ildəki xərcləri 2024-cü illə müqayisədə 7,5% az olub. NATO-nun 29 Avropa üzvü 2025-ci ildə ümumilikdə 559 milyard dollar xərcləyəcək, Almaniyanın xərcləri 24% artaraq 114 milyard dollara, İspaniyanın isə 50% artaraq 40,2 milyard dollara çatacaq.
Hesabatda vurğulanıb ki, Asiya və Okeaniyada hərbi xərclərin 2025-ci ildə 681 milyard dollar təşkil edəcəyi və bu, 2024-cü illə müqayisədə 8,1% artım deməkdir. Çin ikinci yerdə qərarlaşıb və xərcləri 7,4% artaraq 336 milyard dollara çatıb ki, bu da əsasən hərbi modernləşdirməyə xərclənib.
Telegram kanalımız