Qobustanda güclü yağış nəticəsində evi su basdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Qobustanda güclü yağış nəticəsində evi su basdı - Video

Hadisə

10 Mart 2024 22:43 1035


Bakının Qaradağ rayonunda yerləşən fərdi yaşayış evini su basıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə yağan intensiv yağışlar səbəbindən Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Marqarita pizza

"Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib", - deyə qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!