Qobustandakı faciə hərbi hissənin ərazisində baş verib

saytların hazırlanması

Evə çatdırılma

Qobustandakı faciə hərbi hissənin ərazisində baş verib

Hadisə

24 Aprel 2026 10:11 386


Qaradağ rayonu, Qobustan qəsəbəsində aparılan qazıntı işləri faciə ilə nəticələnib. Əraziyə cəlb olunan işçilər kanalizasiya xətti üçün torpaq qazıntısı həyata keçirərkən qəfil torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində qazılan sahədə çökmə yaranıb və iki nəfər torpaq altında qalıb.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, insident N saylı hərbi hissənin ərazisində qeydə alınıb.

Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları kanalizisiya xəttində qazıntı işləri aparan zaman torpaq qatı davamlılığını itirib və çökmə baş verib.

Hadisə zamanı agentliyin Qaradağ Rayon Sukanal idarəsinin əməkdaşı 1971-ci il təvəllüdlü Savalan Qasımov ölüb. O, Qubustan qəsəbə sakinidir.

Digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Əraziyə dərhal xilasedicilər və aidiyyəti qurumların nümayəndələri cəlb olunub, torpaq altında qalan şəxslərin çıxarılması üçün operativ tədbirlər görülüb. Faktla bağlı araşdırma aparılır, hadisənin dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!