"Qoca Mansur"a 135 bıçaq zərbəsi ilə öldürülübmüş

saytların hazırlanması

Evə çatdırılma

"Qoca Mansur"a 135 bıçaq zərbəsi ilə öldürülübmüş

Kriminal

05 Mart 2020 14:14 841


Fevralın 1-də Fransada qətlə yetirilən "Qoca Mansur" ləqəbli çeçen bloqqer İmran Əliyev 135 bıçaq zərbəsi ilə öldürülüb. "Yeni Sabah" xəbər verir ki, bu barədə Lill şəhərinin Prokurorluğu məlumat yayıb. Onun qətlində Çeçenistanda yaşayan Rusiya vətəndaşı şübhəli bilinir. "Business Insider" agentliyi istintaqla bağlı anonim mənbələrə istinadən, İmran Əliyevin qatilinin Çeçenistan rəhbəri Ramzan Kadırovla əlaqəli ola biləcəyini bildirib. Qeyd edək ki, bloqqer İmran Əliyev Çeçenistan Prezidenti Ramzan Kadırovun ünvanına etdiyi tənqidi çıxışları ilə tanınırdı. Bu səbəbdən bloqqerin qətlinin siyasi motiv daşıdığı ehtimal olunur. /Qafqazinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!