Zaqreb "Dinamo"sunda çıxış edən Mahir Emreli "Nafta" (Sloveniya) ilə yoxlama matçından (3:0) sonra fikirlərini bölüşüb.
Yenisabah.az xəbər verir ki, millimizin hücumçusu qol vursa da, istədiyi kimi oynaya bilmədiyini açıqlayıb:
"Ötən il hazırlığı qaçırmışdım. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. Yaxşı oynadıq. Özümdən daha çox şey gözləyirəm. Pepperoni pizza
Qol vursam da, istədiyim kimi oynaya bilmədim. Səhər məşqə çıxmışdıq, asan olmadı. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq".
Xatırladaq ki, Mahir bu oyunda komandasının 3-cü qolunun müəllifi olub.
Telegram kanalımız