“Qondarma rejimə məxsus bütün elmentlər Xankəndi və digər yerlərdən yığışdırılacaq” - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Qondarma rejimə məxsus bütün elmentlər Xankəndi və digər yerlərdən yığışdırılacaq” - Açıqlama

Rəsmi

16 Dekabr 2020 21:56 2154


Sosial şəbəkələrdə yayılan fotolorda Xankəndidə qondarma rejimin "bayraq"larının endirildiyi əks olunub.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı politoloq İlqar Vəlizadə bildirib ki, yaxın zamanlarda qondarma rejimə aid olan bütün atributları yığışdırılacaq:

“Noyabr ayının 10-da əldə olunmuş razılaşmada nə status, nə də qondarma rejim barədə bənd var. Belə olan halda, o əski parçasının orada olması yolverilməz idi. Düşünürəm ki, tədricən qondarma rejimə məxsus bütün elmentlər Xankəndi və digər yerlərdən yığışdırılacaq. Məhz həmin əski parçasının oradan götürülməsi bu prosesin başlamasından xəbər verir. Bundan sonra proseselərin hansı formada davam edəcəyini isə gələcək göstərəcək. Hələlik onu deyə bilərəm ki, artıq ərazilərimizdə qondarma rejimin hansısa təsir gücü yoxdur”. pizza hut

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən separatçıların rəhbəri Araik Arutunyan, "müdafiə naziri" Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. Həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.  /Redaktor.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!