Qorxu koronavirusa yoluxma riskini artırır

saytların hazırlanması

Evə çatdırılma

Qorxu koronavirusa yoluxma riskini artırır

Sağlamlıq

26 Yanvar 2021 17:06 1037


“Yeni növ koronavirus infeksiyasına görə stress və qorxu hisslərini keçirmək səhhətinizdə sağlamlıq problemlərinin yaranmasına gətirib çıxa bilər”.

Yenisabah.az-ın məlumatına görə, bu fikri “Sputnik” radiosuna müsahibəsində psixoterapevt İqor Salnçev söyləyib.

Mütəxəssis qeyd edib ki, insanın emosional və zehni vəziyyəti fiziologiyasında əks olunur: pizza hut

“Həddindən artıq narahatlıq müalicə olunmasa, zehni sabitliyin səviyyəsini, bədəndəki metabolik prosesləri və gücü azaldır. Nəticədə immun sistemi zəifləyəcək və bədənin müxtəlif patologiyalara qarşı həssaslığı artacaq”.

Həkimin sözlərinə görə, koronavirusa qarşı peyvənd bir anda iki problemi həlli edəcək. Belə ki, peyvənd həm bədəni COVID-19-dan qoruyacaq, həm də narahatlığı aradan qaldıracaq. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!