“Qorxurdum ki, İlqara söz desəm ağlayar“ - Tanınmış aparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Qorxurdum ki, İlqara söz desəm ağlayar“ - Tanınmış aparıcı

Maraqlı

01 Dekabr 2021 14:42 1008


"Dost itirmək çox ağırdı. Mən bunun ağırlığını bu qəzada ən yaxın dostunu itirən İlqarın səhərə qədər yatmadan siqareti siqaretə calamağından hiss etdim".

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zülfiyyə Bayramova sosial şəbəkədə yazıb. O bildirib ki, ötən gün DSX-nın Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan polkovnik Cavadov Fizuli Əli İbram oğlu həyat yoldaşı, aparıcı İlqar Mikayıloğlunun yaxın dostu olub:

"Səhərə qədər nə o yatdı, nə də mən. Hər ikimiz səssizcə çəkirdik bu ağrını. Bir-birimizlə danışmadan. Mən İlqara söz deməyə qorxurdum... Qorxurdum ki, dolub dayanmış İlqara söz desəm, bəlkə də ağlayar. Mən isə onu ağlayan görmək istəmirdim. O da mənə söz demirdi, bəlkə də söz desə, səsi titrəyəcəyindən çəkinirdi, ya da öz aləminə elə qapanmışdı ki, gözü heç kimi görmürdü. O, dostunu və dostu ilə bərabər şəhid olan igidləri düşünürdü, mən isə o igidlərin ailəsinin nələr yaşadığını, bu xəbərin ağırlığından necə məhv olduqlarını düşünürdüm. pizza mizza

"İlan vuran yatdı, biz yatmadıq" misalın yaşadıq. Bu gecə bizi ilan vurmuşdu. Allah sizə rəhmət etsin, Fizuli və dostları. Yeriniz cənnət olsun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!