Qoyun oğruları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qoyun oğruları saxlanıldı

Kriminal

16 Mart 2020 11:28 1022


İsmayıllı rayonunun Qoşakənd kənd sakini DİN-in “102” Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq ona məxsus həyətyanı sahədə yerləşən tövlədən 3 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat verib.  

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, daxil olmuş müraciət əsasında İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qoyunları oğurlayan şəxslər,  zərərçəkmişin həmkəndliləri Amid Nurməmmədov və bir yeniyetmə saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər oğurladıqları heyvanları İsmayıllı rayon sakini Şəfaqət Hüseynova və Göyçay rayon sakini İlkin Kazımova satıblar. Ş.Hüseynov və İ.Kazımov həmin heyvanların cinayət yolu ilə əldə edildiyini bilə-bilə aldıqlarına görə, onlar da şübhəli şəxs qismində saxlanılıblar.  pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!