“Bu il Qarabağ probleminin həllində son şansımız olduğunu dəfələrlə bildirmişəm. Ona görə də Qarabağ probleminin müzakirəsinə həsr olunan istənilən yazılarda, statuslarda çox ehtiyatlı davranmalıyıq”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O, bildirib ki, bu problemin həllində ermənilərin bizə qarşı istifadə etdikləri məsələləri bu gün qabartmağı isə yolverilməz hesab edir:
“Ramil Səfərov azad olunub, Vətənə qaytarılandan dərhal sonra hakimiyyət tərəfindən atılan addımlara ən sərt formada fikirlərimi ilk növbədə mən bildirmişəm. Buna baxmayaraq bu gün, bu həssas məqamda həmin məsələnin yenidən qabardılmasını, kimin tərəfindən olmasına baxmayaraq, Vətənə xəyanət sayıram. Bu hakimiyyətin bizim hər birimizə qarşı düşmən münasibəti də belə addımları atmağa əsas vermir. Hər tənqidi fikirləri səsləndirənlərə ermənipərəst damğası vuran hakimiyyətə sərt münasibətimə baxmayaraq, belə addımları həqiqətən ermənilərin dəyirmanına su tökmək kimi qiymətləndirirəm. Qrant naminə hər alçaq addıma getmək olmaz”. pizza sifarişi
Telegram kanalımız