Qriqoryan: “Rusiyaya missiya ilə bağlı izahat vermişik“

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan: “Rusiyaya missiya ilə bağlı izahat vermişik“

Rəsmi

14 Fevral 2023 17:22 878


“Ermənistan Rusiya Federasiyası və onun tərəfdaşlarına Avropa İttifaqı müşahidə missiyasını dəvət etməsinin səbəblərini təqdim edib”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verri ki, bunu  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, mövcud təhlükəsizlik sistemləri işləmədiyindən Ermənistan Avropa İttifaqının mülki missiyasını dəvət edib. pizza mizza

A. Qriqoryan qeyd edib ki, Ermənistan mütəmadi olaraq Rusiya ilə bütün problemli məsələləri müzakirə edir: “Ermənistan müəyyən beynəlxalq təminatlar yaratmalıdır”.

Xatırladaq ki, yanvarın 23-də Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistanda iki illik mandatla yeni mülki missiyanın formalaşdırılmasını təsdiqləyiblər.

Fransadan 8 jandarmın daxil olacağı Aİ-nin Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də əlavə olunmaqla, 100-ə yaxın adam daxil olacaq.

Missiya fevralın 20-də işə başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!