Ermənistan görün İrana nə təklif etdi:   Azərbaycanla sərhəddə...

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan görün İrana nə təklif etdi: Azərbaycanla sərhəddə...

Rəsmi

04 Oktyabr 2023 11:03 14247


İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan Respublikası sərhədlərinə müşahidəçilər (monitorinq qrupu) göndərilməsi məsələsi müzakirə olunub. 

General Baqiri bildirib: "Heç bir ölkənin müdafiə və hərbi imkanlarının təkmilləşdirilməsi təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır". pizza

General-mayor Məhəmməd Baqiri Cənubi Qafqazda baş verən proseslərin regionun təhlükəsizliyinə təsir etdiyini vurğulayıb. O, gərginliyin davam etməsinin Ermənistan və Azərbaycanın, habelə digər həmsərhəd ölkələrin marağına uyğun olmadığını bəyan edib və müşahidəçi qrupu göndərməyə hazır olduğunu bildirib.

Baş Qərargah rəisi vurğulayıb ki, fikir ayrılıqlarının və gərginliyin aradan qaldırılması üçün səylər mərkəzləşdirilməlidir və İslam Respublikası bu gərginliyin həllinə kömək etməyə hazırdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!