Ermənistan və Azərbaycan rəsmiləri sərhədin müxtəlif hissələrində sərhəd demarkasiyası komissiyasının iclaslarını keçirəcək.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat verib.
Xatırladaq ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində, Ermənistanın Tavuş mərzi ilə Azərbaycanın Qazax rayonu arasında, daha dəqiq desək, Qazaxın Bala Cəfərli kəndi yaxınlığında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin 4-cü görüşü baş tutub. pizza
Tərəflər bir-birinə növbəti görüşün təşkili üçün yer kimi Ermənistan Respublikası və Azərbaycan Respublikasının dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə qarşılıqlı razılaşma əsasında görüşün dövlət sərhədinin Tavuş mərzi ilə Qazax rayonu arasında təşkili barədə qərar qəbul edilib.
Telegram kanalımız