Qubada iki bacının həlak olduğu avtoqəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Qubada iki bacının həlak olduğu avtoqəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI

Hadisə

23 İyun 2025 10:10 443


Ötən gün Quba rayonunun Qaraçay kəndi ərazisində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər həyatını itirib, iki nəfər xəsarət alıb.

Yenisabah.az  Pepperoni pizzaoxu.az-a istinadən xəbər verir ki, həlak olanlar 1972-ci il təvəllüdlü Ədalət Tofiq qızı Baxışova və onun bacısı 1974-cü il təvəllüdlü Validə Tofiq qızı Dənyarova, xəsarət alanlar isə 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov olublar. Onlar ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

  Pepperoni pizza

  Pepperoni pizza

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 22-də, saat 18:40-da Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

"1970-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarının küt travması diaqnozu təyin edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. 1995-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün yuxarı 1/3 hissəsinin yerdəyişmiş sınığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib.

Həmçinin hadisə zamanı iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.

  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!