Qubada müəmmalı yanğınlar...

saytların hazırlanması

Evə çatdırılma

Qubada müəmmalı yanğınlar...

Hadisə

20 Sentyabr 2020 13:23 928


Sentyabrın 19-da Quba rayonunun Dəlləkli kəndində günün müxtəlif saatlarında ayrı-ayrı vətəndaşlara məxsus tövlələrdə yanğın hadisələri baş verib.

Yenisabah.az-ın məlumatına görə AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisələr zamanı üç tövlənin dam örtükləri və damlarına yığılmış ot tayaları yanıb.

Yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Dördpendirli pizza

Yanğınların qəsdən törədilməsi ehtimalı nəzərə alınaraq əraziyə Quba Rayon Polis Şöbəsinin və icra hakimiyyətinin nümayəndələri də gəlib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!