Qubada sel körpünü uçurtdu, kəndə giriş-çıxış bağlandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Qubada sel körpünü uçurtdu, kəndə giriş-çıxış bağlandı - Video

Rəsmi

10 May 2020 23:58 1360


Qubanın Çayqışlaq kəndində güclü yağışın yaratdığı sel sakinlərin öz vəsaitləri hesabına tikdiyi körpünü uçurub.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Məlumata görə, kənd sakinləri hər mövsüm eyni problemlə üzləşirlər. Kənd çayın ətrafında yerləşdiyindən sel hər dəfə həm əkin, həm də heyvandarlıq təsərrüfatlarını yararsız hala salır. pizza

Qeyd edək ki, kəndə giriş-çıxış yalnız bu körpü vasitəsilə mümkün olub. Körpü uçduğundan kəndə giriş-çıxış bağlanıb.   /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!