Qubada yanğın evlərə keçdi -   Bakıdan 2 helikopter göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Qubada yanğın evlərə keçdi - Bakıdan 2 helikopter göndərildi

Hadisə

07 Fevral 2020 11:23 1195


Qubadakı yanğınla bağlı FHN də məlumat yayıb.

Bildirilir ki, Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayası yanır. Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub. 

Qafqazinfo-nun xəbərinə görə, Quba Rayonunun dağ kəndlərində müşahidə olunan güclü qasırğa yanğına səbəb olub. Rayon mərkəzindən 70 km aralıda yerləşən Qarxun kəndində ot tayalarında başlayan yanğın artıq evlərə və tövlələrə keçib. Hazırda 3 evin yandığı bildirilir. pizza hut

Qeyd edək ki, Quba Rayon İcra başçısı Ziyəddin Əliyev hadisə yerinə gedib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!